Nazirlik azərbaycanlı idmançının ölüm səbəbini açıqladı - RƏSMİ

Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb. Avtosfer.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib: "Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".
10:25---------
Səhiyyə Nazirliyi qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, həmin şəxs xəstəxanaya müraciət etməyib. “Meyit də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim edilmədiyi üçün onun hansı səbəbdən ölməsini demək mümkün deyil”, - nazirlikdən bildirilib. Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova mətbuata açıqlamasında mərhumun bir müddət əvvəl soyuqdəymədən müalicə aldığını və daha sonra xəstəliyin şiddətlənərək bədənində iltihabi prosesə səbəb olduğundan dünyasını dəyişdiyini bildirib.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










