Nazirlik şam ağaclarının kütləvi qurudulmasına münasibət bildirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulması məsələsinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, Nazir müavini Firdovsi Əliyev “Report”a açıqlamasında sözügedən ərazidə ağacların qurudulması və kəsilməsi ilə bağlı Nazirlik tərəfindən artıq bir müddət əvvəl tədbir görüldüyünü bildirib.
Onun sözlərinə görə, həmin əraziyə Nazirliyin əməkdaşları tərəfindən baxış keçirilib və araşdırma aparılıb: “Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci km-də - yaşıllıq ərazidə 21 şam ağacının qəsdən qurudulması, aşması və kəsilməsi faktı aşkar edilib. Məlum olub ki, ərazidə “Xalq city” MTK tərəfindən tikinti işləri aparılır. Faktla bağlı akt tərtib edilib və təbiətə 8240 manat məbləğində ziyan hesablanıb”.
F.Əliyev qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, təqsirkarlara qanunvericilik çərçivəsində cəza tədbirlərinin təyin edilməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib.
Nazir müavini bildirib ki, ərazi Nazirlik tərəfindən nəzarətə götürülüb və bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstərilməsi, qurumuş ağacların yerinə yenilərinin əkilməsi barədə tapşırıq verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












