Neft bahalaşdı: Azərbaycana təsiri necə olacaq? - AÇIQLAMA

Azərbaycan neftinin qiyməti günü-gündən artmağa davam edir. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,87 ABŞ dolları və ya 0,81 % artaraq 108,18 ABŞ dolları təşkil edib.
Bəs neft qiyməti artımının hansı mənfi və müsbətləri var?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirdi ki, neftin qiymətinin artmasının Azərbaycana ilk baxışdan müsbət təsirləri var:
"Çünki ölkəyə dollar daxilolmaları kəskin şəkildə artır. Ehtiyatlarımız həm Mərkəzi Bankda, həm də Neft Fondunda artır və bu, çox yaxşıdır. Mənfi tərəfi isə ümumiyyətlə dünyada neftin bahalaşmasının yaratdığı təsirlərdir. Neftin qiyməti artdıqca logistika və yükdaşımalar bahalaşır. Biz də idxaldan asılı ölkə olduğumuza görə, ölkəyə gətirilən məhsulların maya dəyəri yüksəlir və nəticədə inflyasiyanın sürətlənməsinin şahidi oluruq. Yəni bunun ikitərəfli təsiri var. Müsbət təsiri ondan ibarətdir ki, valyuta gəlirlərimiz artır. Mənfi təsiri isə idxaldan asılılığımıza görə qiymətlərin artım sürətinin yüksəlməsidir"./redaktor.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












