Neftçalada dəhşətli qəza: 4 nəfər öldü, yaralılar var - VİDEO
Gündəm
23 May 2019 20:05

Onların müalicəsinin Bakıdakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib
Neftçala rayonunda baş verən ağır yol qəzasında yaralanan şəxslər Bakıdakı xəstəxanaya köçürülüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur. Onların müalicəsinin Bakıdakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib.
Qeyd edək ki, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində baş verib. “Ford” markalı mikroavtobus qarşıda gedən "KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Oxunub : 4632
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 21:23
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
8 Oktyabr 2026 20:03
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
8 Oktyabr 2026 19:36
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
8 Oktyabr 2026 18:04
Bu yollarda tıxac var - SİYAHI
8 Oktyabr 2026 18:00
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
8 Oktyabr 2026 17:46
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
8 Oktyabr 2026 12:00
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
8 Oktyabr 2026 11:30
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
8 Oktyabr 2026 11:00
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
ŞƏRH YAZ














