Neftçilər prospektinə alternativ avtomobil tunelinin təklif olunur

Məlumdur ki, Bakı şəhərində keçirilən dövlət və beynəlxalq tədbirlər zamanı Neftçilər prospektində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılır. Nəticədə lazımi ünvana çatmaq üçün sürücülər yollarını dəyişərək hərəkət edirlər. Avtosfer.az xəbər verir ki, bu zaman həm vaxt itkisi olur, həm də yol uzanır. Ona görə də Neftçilər prospektinə alternativ olaraq yeni üsulla avtomobil tunelinintikintisi təklif edilir. Tunel Səbail dairəsindən Badamdar dairəsinə qədər uzanacaq.
Neftçilər prospektinə alternativ olaraq avtomobil tunelinin tikintisi təklif edilir. Tunelin Avropa ölkələrində tətbiq edilən üsulla inşası nəzərdə tutulur.
Müəllif Hüquqları Agentliyinə qeydiyyata təqdim edilən layihəyə əsasən tunelin Səbail rayonu Bayıl dairəsindən Yasamal rayonu Badamdar dairəsinə qədər çəkilməsi təklif edilir.
36 Nömrəli Tunel layihəsinin müəllifi Hikmət Cəfərov bildirir ki, tunel TBM, yəni Tunel Qazma Maşını vasitəsilə bir neçə formada inşa edilə bilər.
Hikmət Cəfərov deyir ki, layihə hazırlanan vaxt xarici ölkələrdə istismarda olan,tunel qazma maşını ilə inşa edilmiş həm avtomobil, həm də metro tunellərinin göstəricilərinə istinad edilib. Məsələn, İstanbulda bir neçə il bundan əvvəl istifadəyə verilmiş məşhur Avrasiya Tuneli məhz bu üsulla inşa edilib.
Tunel Qazma Maşını- uzunluğu 120 metr, eni isə 20 metr çox olan bir tikinti kompleksdir.Bu maşın tuneli qazaraq əvvəlcədən müəyyən edilmiş sayda dəmir beton piltələr daxilindəki relslər vasitəsilə qazılmış süxura gətirilərək quraşdırılır.
İdeya müəllifi deyir ki, layihədə ən müasir tunelin istismarı üçün bütün detallar nəzərə alınıb.
Hikmət Cəfərov deyir ki, tunelin inşasından qabaq ərazi xarici mütəxəsisslərlə birgə araşdırılmalı, daha sonra Bakı şəhərinin yeraltı sular xəritəsi hazırlanmalıdır.Hazırda Neftçilər prospekti bağlı olduğu təqdirdə,Bayıl dairəsindən Badamdar dairəsinə qədər olan məsafə dairəvi yoldan istifadə etməklə 17 km təşkil edir. Layihə qəbul ediləcəyi halda bu məsafə qısalaraq 1.8 km olacaq.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












