Nəhəng gəminin üzərinə kran aşdı – FOTO + VİDEO

Böyük Bahama adasında dünyanın ən böyük səyahət gəmilərindən olan “Oasis of the Seas” (Dənizlərin oazisi) layneri üzərinə qaldırıcı kran aşıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. İnsident nəticəsində səkkiz nəfər yaralanıb. Zərərçəkənlərin tərsanə işçiləri olduğu bildirilir. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib, həyatları təhlükədə deyil. İnsident vaxtı 200 min tonluq gəminin göyərtəsində sərnişin olmayıb. Kranın planlı texniki baxış zamanı gəmiyə çırpıldığı qeyd olunur. Səyahət laynerinə zərbədən böyük ziyan dəyib. Qeyd edək ki, “Royal Carribean” şirkətinin balansında olan layner 2008-ci ilə qədər dünyanın ən böyük sərnişin gəmisi sayılırdı (6300 sərnişin tutumu, uzunluğu 362 metr, eni 66 metr).
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












