Nəhəng Yer tipli planetlərlə toqquşmalar...

Güclü toqquşmalar digər ulduzlar ətrafında aşkar olunmuş nəhəng daş planetlər arasında fərqliliyi izah edə bilər. Yeni tədqiqatda göstərilir ki, kosmik cismin planetlə toqquşmasından meydana gələn istilik planet atmosferinin bir hissəsinin və ya tamamının yoxa çıxmasında mühüm rol oynayır.
B barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında məlumat verilib.
Qeyd edilib ki, NASA-nın Kepler (Kepler Space Telescope) və "Planet Ovçusu" (Planet Hunter) adlanan kosmik teleskopları kiçik dar orbitlərdə ana ulduzların ətrafında fırlanan, ölçüsü Yer və Neptun ölçüsü arasında olan çoxlu sayda planet aşkar edib. Bu planetlərin sıxlıqlarını hesablayan alimlər belə nəticəyə gəliblər ki, bir çox planet massiv helium-hidrogen atmosferinə malikdir. Lakin bu atmosferlərin müxtəlif xüsusiyyətlərə malik olması planet formalaşdıqdan sonra onların təkamülündəki fərqliliyi göstərir.
Tədqiqatçılar yeni işdə kompüter simulyasiyasının köməyi ilə aydınlaşdırıblar ki, cavan planetin atmosferinin tamam yoxa çıxması üçün çox massiv nüvə tələb olunmur.
Astronomlar müxtəlif toqquşma variantlarını modelləşdirərək belə nəticəyə gəliblər ki, cavan ekzoplanet atmosferinin 50-100 faizinin yoxa çıxması üçün planet kütləsinin onda birindən böyük olmayan kütləli obyekt də kifayət edir.
Beləliklə, cavan planetdə bir qayda olaraq bərk qabığın hələ də formalaşmaması və planetin dərin qatlarından çıxan istiliyin səth vasitəsilə sürətli udulması hesabına atmosferin əlavə qızması kimi faktlar da onun itməsinə gətirib çıxarır.
Qeyd edək ki, tədqiqat işi elmi preprintlərin arxiv.org serverində yerləşdirilib.
Aparıcı müəllif Con Biyerstekerdir (John Biersteker).
Əlaqəli mənbə:
https://www.astronews.ru/cgi-bin/mng.cgi?page=news&news=20190201204102
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










