Nehrə yağı unudulur - Kərə yağı paltaryuyan maşınlarda hazırlanır - VİDEO

Uzun illərdir insanların hazırladıqları nehrə yağı unudula bilər.
Avtosfer.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, nehrədə hazırlanan yağın dadı həm keyfiyyətinə görə digər yağlardan fərqlənir.
Saxsı, taxta və bu kimi qablarda hazırlanan yağ ekoloji cəhətdən təmiz olmasilə yanaşı, yeməklərə də xüsusi dad verir. Bu yağda bişən şiriniyatlar da öz tamına görə seçilir.Tərkibi vitaminlərlə zəngin olan bu məhsulun müalicəvi əhəmiyəti də var. Nehrə yağı günəş şüalarına qarşı əvəzolunmaz məlhəm hesab olunur.
Günümüzdə rahat şəkildə kərə yağı əldə etmək üçün digər metodlardan da istifadə edilməsi saxsıdan olan nehrədə hazırlanan yağı zaman keçdikcə tarixə çevirir.
Kənd sakini Əsmayə Əliyevanın sözlərinə görə, onlar dədə-baba dövründən bu günə kimi həmişə nehrə yağından istifadə ediblər. Nehrədə yağ hazırlamaq isə onun ev işlərinə mane olmayıb. O, 100 qram yağ əldə etmək üçün 1 saatdan çox vaxt sərf etdiyini bildirir.
Yaşlı nəsil nehrə yağının digər vasitələrlə hazırlanan yağdan daha faydalı olduğunu düşünür və bu ənənənin insanların sağlamlığı üçün yaşadılmasının vacib olduğunu bildirirlər. Bəzi vətəndaşlar isə vaxta qənaət etmək üçün nehrə yağını paltaryuyan maşınlarda hazırlamağa üstünlük verirlər.
Bu gün kərə yağının bir kilaqramı bazarlarda 15-16 manat arası satılır.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










