Nəqliyyat infrastrukturuna sərmayə qoyuluşunu prioritetləşdirmişik – Nazirin birinci müavini - FOTO

Azərbaycan yol, dəmir yolu, liman və hava nəqliyyatı infrastrukturuna sərmayə qoyuluşunu prioritetləşdirib.
Avtosfer.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişaf etməkdə olan Bazarlar Forumunda çıxışı zamanı deyib.
"Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, azad edilmiş ərazilərimizdə yeni hava limanları və s. buna misaldır. Füzuli, Zəngilan və Laçın daxil olmaqla yeni bölgələr ölkəmizin logistika xəritəsinə inteqrasiya edilir. Qeyd olunub ki, ölkəmiz gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına investisiya yatırır, bu istiqamətdə yeni texnologiyalar tətbiq olunur", - E. Əliyev bildirib.
E. Əliyev forumun “Çoxtərəfli dəhlizlər: Ticarət və nəqliyyat əlaqələrinin artırılması” mövzusunda panelində çıxış edib. Paneldə regional dəhlizlərin rəqabət qabiliyyətini və effektivliyini artırmaq sahəsində Azərbaycanın gördüyü işlər haqqında məlumat verilib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq və regional qurumlar çərçivəsində nəqliyyat və ticarət sahəsində qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirir. Türk Dövlətləri Təşkilatı (TDT), SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və region ölkələri ilə əməkdaşlıq üzrə bu istiqamətdə görülən işlər vurğulanıb.
Tədbirdə Azərbaycanın digər ölkələrlə investisiya işbirliyini genişləndirmək üçün həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, SPECA Çoxtərəfli Etimad Fondu, TDT çərçivəsində yaradılmış Türk İnvestisiya Fondu, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları sərhəd ticarətini dəstəkləmək, logistika infrastrukturunu müasirləşdirmək və prioritet layihələrin maliyyələşdirilməsinə yönəlib.
Tədbirin açılışında Türkiyənin ticarət naziri Ömər Bolat və İƏİT-nin baş katibi Matias Korman çıxış ediblər. Qeyd olunub ki, İƏİT tərəfindən bu mövzuda ilk dəfə təşkil edilən Forumun keçirilməsində məqsəd regional proqramların təsirini gücləndirmək, birgə prioritetlərə dair əməkdaşlığı təşviq etməkdir.
Panel iştirakçıları həmçinin, logistika, nəqliyyat və sənaye zonaları ilə əlaqəli birbaşa xarici investisiyalar üçün tətbiq edilən stimullar haqqında məlumatlandırılıb.
E.Əliyev Forumda iştirak çərçivəsində İƏİT-nin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb. Görüşdə ölkəmizin beynəlxalq qurumla əməkdaşlığının gündəliyində olan məsələlər barədə müzakirə aparılıb.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT














