Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ

Son günlər sosial şəbəkələrin həm Avropa, həm də Azərbaycan seqmentində ictimaiyyəti maraqlandıran bir sıra suallar səsləndirilir. İnsanları ən çox düşündürən məsələ ondan ibarətdir ki, niyə sosial şəbəkələrdə internetə açıq aşkar məhdudiyyət tətbiq edən İranın vurulma anı ilə bağlı görüntülərə vaxtaşırı rast gəlmək olur, amma İsraillə bağlı yox? Hər iki ölkə müharibə şəraitindədir, lakin İran internetə məhdudiyyət qoyulması ilə bağlı açıq məlumat verir, hətta ölkənin XİN rəhbəri Abbas Əraqçi də xarici mediaya verdiyi müsahibə zamanı buna aydınlıq da gətirir, amma İsraillə bağlı tək məlumat yoxdur. İnternetin məhdudlaşdırılması bir yana, hətta sosial şəbəkələrdə İsraillə bağlı videonun yayılmasının belə qarşısı alınır. Bunun səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Avtosfer.az-a açıqlamasında bildirib ki, İsrail İranla müharibədə çox böyük həmlə edərək öz ərazisində baş verənlərin görüntülərinin yayılmasına maneə yaradır. Lakin buna baxmayaraq, biz yenə də Tel-Əvivdə baş verənləri öyrənə bilirik. Bu, əsasən “Əl-Cəzirə”, yaxud Türkiyə mediası vasitəsilə yayılır. Çünki onların İsraildə jurnalistləri var və hadisə yerindən canlı xəbərləri təqdim edə bilirlər.

“Daha çox Tel-Əvivdən xəbərlər almaq mümkündür, Hayfa şəhəri ilə bağlı məlumatlar azlıq təşkil edir. Biz yayılan bir neçə video ilə bağlı belə İsraildə, xüsusən tel-Əvivdə böyük dağıntıların olduğunu görə bilirik. İsrail bu videoları gizlətməklə hələ də İranın heç nəyə nail ola bilmədiyini, İsraildə həyatın qaydasında olduğu görünüşünü verməyə çalışır, amma hər şey tam əksini deyir. Hətta Netanyahunun bir müddətdir ortaya çıxmaması da şübhələrə səbəb olub. Onun bombardımanlar nəticəsində ölməsi ilə bağlı da məlumatlar yayılıb. Eynən Müctəba Xamenei kimi. Çünki Xamenei vurulduğu zaman Ali dini lider olaraq onu seçmişdilər. Hətta Xameneinin də bundan xəbəri olmayıb. Bu gün də məlumat yayılıb ki, Rusiyada müalicə olunur. İsrail özü də internetdə ölkə ilə bağlı yayılan bütün məlumatlara məhdudiyyət tətbiq edir. Bütün bunlar birbaşa Netayahunun əmri ilə baş verir. Digər tərəfdən, ABŞ-İsrail-İran münaqişəsinin hələ uzun müddət davam etmə ehtimalları da var. Çünki birinci növbədə İsrailin regiondakı hədəfi təkcə İranı vurub onun ünvə silahına sahiblənməsinin qarşısını almaq deyil. İsrailin əsas hədəflərindən biri hər dəfə hansısa Yaxın Şərq dövlətilə müharibədən sonra, məsələn indi Livandan torpaq qəsb etmə ehtimalı var. Diqqət edin, İsrailin hər müharibəsindən sonra ölkənin ərazisi bir az da böyüyür. Bu, İsrailin bugünkü prioritet siyasətlərindən biridir. İkinci bir tərəfdən, deyirlər ki, ABŞ bu müharibəyə İsrailin təkidilə qatılıb. Lakin ABŞ həm də müharibəyə məqsədyönlü qatılıb. Çünki biz görürük ki, ABŞ Yaxın Şərqdən uzun müddətdir ki, çıxmaq istəyir. Çünki daha əvvəl İraqdan, Əfqanıstandan, Suriyadan və s. çıxmalı olub. Onun son həmləsi isə məhz İran idi. İrana hücum etməkdəki əsas məqsəd isə ABŞ donanmasının, əsgərinin, eləcə də onun əməkdaşlarının keçdiyi bütün yollara, əldə oluna biləcək bütün qaynaqlara nəzarət edilməsidir. ABŞ rəsmilərinin açıqlamalarına diqqət etsək, görərik ki, məsələ təkcə Hörmüz boğazı deyil. Çünki yenicə açıqladılar ki, Hörmüz boğazını onsuz da ələ alacaqlar, növbəti hədəf Qırmızı dənizə nəzarət etməkdir. Bununla da, ABŞ Asiya-Avropa-Amerikaya gedən yolları nəzarətdə saxlamaqla bu yollardan istifadə edən bütün ölkələrə təsir etməkdir. İqtisadi gücü əlində saxlayaraq bu ölkələri sonralar hədələmək niyyətindədir. ABŞ heç də İranda hakimiyyətin dəyişməsinə çox da canfəşanlıq göstərməyib. İranın parçalanaraq bölgələrə ayrılması da əsas hədəflərdən biridir. Həm ABŞ, həm də İsrail İranın bu qədər birlik olub hücumlara qarşı çıxa biləcəyini gözləmirdi. İsrailin Baş naziri Benyamin Netanyahunun ölkə daxilində vəziyyəti o qədər də yaxşı deyil. Çünki çoxdandır ki, onun postundan göndərilməsi ilə bağlı məlumatlar yayılır. Netanyahu da postdan getməmək üçün hər dəfə bir müharibə şəraiti yaradır və nəticədə hakimiyyətdə qalmaq niyyətini aşkar etmiş olur. Bütün dünya artıq bilir ki, Netanyahu torpaq zəbt edərək, müharibə yaradaraq sevilən Baş nazir olmağa və hakimiyyətdə qalmağa çalışır. Əgər İsrail və ABŞ İranla münaqişəni daha da şiddətləndirsə və uzatsa, İranın gizli kəşfiyyatı bu ölkələri bağışlamayacaq”.
Səfər
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı










