Netanyahu ölüb? – Müəmmalı iddialar

İran, İsrail və ABŞ arasında gərginliyin artdığı bir vaxtda sosial mediada İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı müxtəlif iddialar yayılmağa başlayıb. Avtosfer.az xəbər verir ki, mətbuat konfransı zamanı yayımlanan videoda Netanyahunun əlində altı barmaq göründüyü iddia olunub və bu görüntü sosial mediada geniş müzakirələrə səbəb olub.
Paylaşılan kadrlarda Netanyahunun çıxışı zamanı əlini qaldırdığı an diqqət çəkib. Bəzi istifadəçilər görüntüdə altı barmağın seçildiyini iddia edərək, videonun süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyi barədə ehtimallar irəli sürüblər. Onların fikrincə, süni intellektlə yaradılan görüntülərdə tez-tez rast gəlinən səhvlərdən biri də məhz əl və barmaq anatomiyasının düzgün formalaşdırılmamasıdır.
Sosial mediada yayılan bu görüntülər Netanyahunun son günlər ictimaiyyət qarşısında az görünməsi və təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı xəbərlərlə birlikdə müxtəlif fərziyyələrin ortaya çıxmasına yol açıb. Bəzi hesablar hətta Netanyahunun hücumlar zamanı öldüyü və bu məlumatın gizli saxlanıldığı barədə təsdiqlənməmiş iddialar paylaşıblar.
Bununla yanaşı, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir haqqında da oxşar iddialar irəli sürülüb.
Lakin nə İsrail hökuməti, nə də rəsmi mənbələr bu iddiaları təsdiqləyib. Həmçinin Netanyahunun ölümü və ya yayılan videonun süni intellekt vasitəsilə hazırlanması ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Hazırda sosial mediada yayılan görüntülərin həqiqiliyi ilə bağlı müzakirələr davam edir (Sfera.az).

Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












