Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın Qəzzada münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü sülh planına yanaşması Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqlarını dərinləşdirə bilər.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bildirib ki, Netanyahu ABŞ-nin planını yalnız HƏMAS-ın tamamilə tərksilah olunacağı halda qəbul etməyə hazırdır. İsrailin baş naziri bu şərt yerinə yetirilməyənədək İsrail hərbçilərinin Qəzzadan çıxarılmasına razı olmayacağını bəyan edib.

Politoloq qeyd edib ki, bu mövqe Vaşinqtonu çətin vəziyyətə salır. Çünki Tramp administrasiyası 15 bənddən ibarət sülh planının hazırlanmasına ciddi vaxt və resurs sərf edib. İsrailin plana razılıq verməməsi isə ABŞ-nin diplomatik səylərini çətin vəziyyətə sala bilər.
“Hazırda İsrail və ABŞ rəsmiləri arasında danışıqlar davam edir. Donald Tramp xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşneri İsrailə göndərərək Benyamin Netanyahunu razı salmağa çalışır. Ancaq Netanyahu Qəzza məsələsində güzəştə hazır deyil”, – deyə Elxan Şahinoğlu bildirib.
Netanyahu yalnız Qəzza ilə bağlı məsələdə deyil, Fələstin dövlətinin tanınması məsələsində də geri addım atmaq niyyətində deyil.
Politoloq hesab edir ki, buna baxmayaraq, ABŞ-nin planını rədd etmək Netanyahu üçün də müəyyən risklər yaradır. Çünki ABŞ İsrailin əsas strateji müttəfiqidir və Vaşinqtonun narazılığı Təl-Əviv üçün mürəkkəb geosiyasi vəziyyət formalaşdıra bilər.
Vaşinqton isə bu üçtərəfli əməkdaşlığa indilik ciddi mənfi reaksiya verməyib. Bunun səbəblərindən biri ABŞ-nin hər üç ölkə ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etməsi, digər tərəfdən isə Vaşinqtonun bu əməkdaşlığın İranın bölgədəki təsirinin məhdudlaşdırılmasına xidmət edə biləcəyini düşünməsidir.
Ancaq üçlü ittifaq yalnız İranın siyasətini qəbul etmir. Bu ölkələr İsrailin siyasətinə də qarşı çıxırlar. Pakistan rəsmiləri də üçtərəfli əməkdaşlıq elan edildikdən sonra bu mövqeyi açıq şəkildə ifadə ediblər.
Politoloqun fikrincə, yaranmış mürəkkəb geosiyasi vəziyyət fonunda İsrail alternativ tərəfdaşlarla münasibətlərini daha da genişləndirməyə çalışır. O, Benyamin Netanyahunun Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığını da bunun nümunəsi kimi qiymətləndirib.
Telefon danışığı zamanı Hindistan və İsrail arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif istiqamətlərdə inkişafı, həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə olunub və tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Netanyahu ilə Modinin telefon danışığı Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan üçtərəfli əməkdaşlığının elan edildiyi günə təsadüf edib. Bu isə İsrailin bölgədə dəyişən geosiyasi mənzərə fonunda yeni tərəfdaşlıqlara və diplomatik əlaqələrə daha çox əhəmiyyət verdiyini göstərir.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












