“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB

İranın “Traktor” futbol klubu Türkiyədəki siyasi dairələrin Azərbaycanla bağlı bildirdikləri fikirlərə etiraz edib.
Avtosfer.az xəbər verir ki, klubun rəsmi “Facebook” hesabında bu barədə kəskin tənqid yer alıb. Klubun səhifəsində bildirilib ki, İranda 40 milyona yaxın türk yaşayır. Lakin öz torpaqlarında yaşamaqlarına baxmayaraq, 100 ildən artıqdır ki, məktəblərdə türk dilində təhsil almaq qadağandır və heç kim öz dilində danışa bilmir.
“Heç kim öz övladına türkcə ad qoya bilməz.
Heç kim türk dilində şirkət, mağaza və bu kimi müəssisələrə ad verə bilməz. Yalnız fars və ərəb dillərində adlara icazə verilir! Hətta prezidentin belə öz ana dilində danışmasına güclə icazə verilir!
Amma Azərbaycanda bir həftədir hicab qadağası var deyə, hamınız öz qardaşlarınıza qarşı düşmən mövqeyi tutmusunuz!
Ancaq 100 ildir İranda müsəlman türklərə qarşı həyata keçirilən assimilyasiya siyasətinə gəlincə, heç birinizdən səs çıxmır!
Əgər müsəlman insanların hüquqları sizin üçün bu qədər önəmlidirsə, əgər bu qədər insanlıqdan dəm vurursunuzsa, buradakı insanlar müsəlman deyilmi?
Niyə söhbət İrandan gedəndə susursunuz?!”
Səfər

Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB












