Nizamidə Anım Günü tədbirləri - FOTO

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü münasibətilə Vətən müharibəsi şəhidləri memorial kompleksi önündə tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə qonaqlar, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısının alınması, eləcə də işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb və elə ilk gündən etibarən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endiriblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir.
Qeyd olunub ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bu gün respublikamızın bütün bölgələrində, şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi, polkovnik-leytenant Zöhrab Vəliyev çıxış edərək şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Sonra Xatirə Kompleksi önünə əklil və güllər qoyulub.
Rayon ictimaiyyəti tərəfindən həmçinin Keşlə Şəhidlər Xiyabanında və II Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət edilib, onların ruhlarına dualar oxunub, qəbirləri üstünə güllər qoyulub.
Rayon İcra Hakimiyyəti tərəfindən Milli Məclisin deputatları Rasim Musabəyovun, Könül Nurullayevanın, şəhid ailələri və qazilərin iştirakı ilə “Meredian” sarayda ehsan verilib.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












