Nobel prospektindən yol niyə çöküb? - VİDEO

Təmir aparıldıqdan sonra çökən yolda bu gün eyni hal təkrarlanıb. Söhbət Xətai rayonu Nobel prospektindən gedir. Məsələ burasındadır ki, bu yolun çökən hissəsində təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən yol qəzaları baş verir. Əməkdaşlarımız çəkiliş aparan zaman baş verən yol qəzalarını da lentə alıblar. Öndəki avtomobilin sürücüsü əyləci sərt basdığından arxadakı atomobil onu vurur və qəza baş verir. Buna səbəb isə birinci avtomobilin sürücüsünün yolun çökən hissəsinə düşməkdən qorunmaq istəməsidir. Əslində isə yolun çökən bu hissəsində vaxtında aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbiri görülsəyidi nə yol qəzası baş verərdi, nə də ki avtomobillər üçün təhlükə yaranırdı.
Bura paytaxtın Xətai rayonu Nobel prospektidir. Ərazidə bir neçə gündür ki, çökmə baş verib. Avtomobil Yolları Dövlət Agentliyinin və Azərsu Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları həmin ərazini qazıb müəyyən işlər görərək sonradan yola asfalt örtüyü vurmuşdular. Bu gün isə həmin hissə yenidən çöküb.
Maraqlı məqam ondan ibarətdir ki, Nobel prospektindən üzü şəhər istiqamətinə hərəkət edən avtomobillərin sürücüləri yolda heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən çökən hissəni görməyərək yoldakı çalaya düşməmək üçün sərt tormoz verməli olurlar. Bu zaman isə arxadan gələn maşınların qabaqdakı avtomobili vurmaq risqini artırır.
Elə çəkiliş apardığımız zaman həmin ərazidə 6-a yaxın avtomobilə ciddi zərər dəyəməsi ilə nəticələnən yol qəzasının baş verməsinin şahidi olduq. Bəzi avtomobillər isə çökən hissəyə düşərək yollarına davam edirdilər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayandan sonra əraziyə qurumun əməkdaşları gələrək yolda təhlükəsizlik tədbirlərinin görməsinə başladılar. Qeyd edək ki, verilən açıqlamda yolun çökməsinə səbəb kimi su sızması göstərilirdi.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








