Növbəti iki günün hava proqnozu açıqlanıb

Azərbaycanda fevralın 26-sı və 27-də gözlənilən hava şəraiti açıqlanıb. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın səhər kəsiləcəyi gözlənilir.
Onun sözlərinə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək: “Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacaq. Fevralın 27-də paytaxtda hava şəraitinin dəyişkən buludlu, əsasən gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 7-9° arasında dəyişəcək”.
O qeyd edib ki, Azərbaycanın rayonlarında isə fevralın 26-sı və 27-də hava şəraiti əsasən yağmursuz keçəcək: “Lakin axşamdan 27-nə kimi bəzi cənub və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 10-15° isti, dağlıq ərazilərdə isə 4-8° isti təşkil edəcək”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












