Obyekt sahibləri avtobus zolağından narazıdır – Müştərilərimiz azalıb - FOTO

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində avtobus zolağının təşkili sahibkarların narazılığına səbəb olub.
Mövcud problemlə bağlı mağaza sahiblərindən biri Avtosfer.az-a müraciət edib. O bildirib ki, yolun sol tərəfində yerləşən ticarət, ictimai-iaşə, xidmət obyektlərindən alış-veriş etmək mümkünsüz hala gəlib. Belə ki, sol tərəfdə uzun müddətdir dayanma-durma qadağandır nişanı var. Şikayətçinin sözlərinə görə, bu halda ərazidəki obyektlərdən nəsə almaq istəyən sürücülər yolun sağ tərəfində avtomobillərini saxlayaraq alış-veriş edə bilirdilər. Lakin bir müddət əvvəl çəkilən avtobus zolağı sürücülərin yolun sağ tərəfində dayanmasını artıq məhdudlaşdırır. Sahibkar məhz bu səbəbdən müştərilərin sayında gözlə görünən dərəcədə azalma müşahidə olunduğunu qeyd edir.
Digər tərəfdən yol kənarındakı ağacların yola əyilməsi yeni salınmış avtobus zolağından istifadəni çətinləşdirir. Nəticədə ictimai nəqliyyat vasitələri sağdan ikinci zolaqla hərəkət etməli olurlar.
Şikayətçi obyekt sahiblərinin tələb olunan ödənişləri (icarə, vergi, dsmf, sığorta) yerinə yetirdiklərini, lakin bu vəziyyətdə qazanc yollarının kəsildiyini bildirib. Onlar aidiyyəti qurumlardan bu məsələ ilə bağlı kömək istəyir.
Nərmin




İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
















