Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ

Dünyada sürətlə yayılan onlayn ticarət trendi Azərbaycanda da öz təsirini göstərməkdədir. Onlayn biznesin sürətli inkişafı iqtisadiyyatın strukturunda mühüm dəyişikliklərə səbəb olub. Ənənəvi satış və xidmət modelləri getdikcə rəqəmsal platformalarla əvəzlənib, bu da bazarın fəaliyyət prinsiplərini yenidən formalaşdırıb. Bununla yanaşı onlayn biznesin genişlənməsi rəqabəti daha da artırdı.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, dünyada baş verən bir trend olaraq onlayn ticarət Azərbaycanda da getdikcə populyarlaşır və əvvəllər yalnız ənənəvi ticarətlə məşğul olanlar da buna uyğunlaşmağa başlayıblar. Onlar öz konsepsiyalarını dəyişməlidirlər:

"Məsələn, ənənəvi ticarətdə ən böyük xərclərdən biri icarə haqqıdır. Şəhərin mərkəzində və ya mərkəzə yaxın ərazilərdə mağazaların icarə qiyməti 5–10 min arasında, bəzən isə daha yüksək olur. Bu da sahibkarlar üçün ciddi maliyyə yükü yaradır və nəticədə məhsul qiymətlərinə təsir edir. Hazırda ənənəvi ticarətlə məşğul olanlar tədricən onlayn platformalara keçərək xərclərini azaltmalı və daha rəqabətli mövqe qazanmalıdırlar. Bu, qlobal bir tendensiyadır. Bir sahədə iş yerləri azalırsa, digər sahələrdə məsələn, çatdırılma və reklam xidmətlərində yeni imkanlar yaranır. Bu xidmətlərə tələbat da artmaqdadır. Buna görə də dünyada müşahidə olunan bu tendensiyaya uyğun olaraq, Azərbaycanda da oflayn ticarətdən onlayn platformalara keçid qaçılmazdır".
İqtisadiyyat məsələləri ilə bağlı mütəxəssis Xalid Kərimlinin fikrincə, artıq ənənəvi bizneslər də müştərilərinə çatmaq və məhsul və xidmətləri haqqında məlumat vermək üçün getdikcə daha çox onlayn kanallardan istifadə edirlər. Sosial şəbəkələr, “Google” və digər rəqəmsal platformalar bu baxımdan əsas vasitələrə çevrilib:

“Bu kanallar bizneslərə daha geniş auditoriyaya çıxış imkanı yaradır və kommunikasiya imkanlarını artırır. Lakin onlayn ticarət sahəsində müəyyən problemlər də mövcuddur. Xüsusilə xaricdən gətirilən məhsulların bəzi hallarda vergiyə cəlb olunmaması yerli ənənəvi ticarət üçün haqsız rəqabət mühiti yaradır. Belə ki, vətəndaşlar onlayn alış-veriş zamanı müəyyən məbləğə qədər vergi ödəmədiyi halda, ənənəvi mağazalarda bu xərclər qiymətə daxil edilir. Nəticədə, satış kanalları arasında balans pozulur və bu, ənənəvi ticarətə mənfi təsir göstərir. Bu məsələ bazarda daha ədalətli rəqabət mühitinin formalaşdırılması zərurətini ortaya qoyur".
Fatimə Dadaşova
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












