Oğlunu özü ilə poliqona aparırmış - “Psixoloji müalicəyə ehtiyacı vardı” - FOTO

"Təxminən 2 aydır ki, İsa Arası evimizin yaxınlığında işləyən özəl bir psixoloqun yanına aparırdım. Həmin psixoloq oğlumun cəmiyyətə adaptasiyada çətinlik çəkə biləcəyini, bir az nəzarətdə saxlanılmasını və gələcəkdə psixiatrik müalicəyə ehtiyac yarana biləcəyini vurğulamışdı".
Avtosfer.az "Yeni Şafak"a istinadən xəbər verir ki, bunu Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası Uğur Mersinli polisə verdiyi ifadəsində deyib.

O, açıqlamasında oğlunun psixoloji problemlərdən əziyyət çəkdiyini qeyd edib. Atanın sözlərinə görə, şagirdin xarakterik yeniyetməlik dövrü və imtahanlarla bağlı stresləri, problemləri olub. Məhz bu səbəbdən onu polis idarəsində fəaliyyət göstərən psixoloq yoldaşların yanına aparıb. Ancaq idarədəki psixoloqlar ona hər hansı mənfi hal görmədiklərini, şagirdin çox ağıllı olduğunu deyib.

Uğur Mersinli daha sonra oğlunun silahlara maraq göstərdiyini deyib. O, oğlunun ondan nə vaxt silahla atəş açmağı öyrədəcəyi ilə maraqlanıb.
"Təqribən bir ay əvvəl işdən gələndə silahı qısa müddətə yataq otağında qoymuşdum. Oğlumun silahı götürməyə cəhd etdiyini fərq etdim və onu danladım. Silahlara olan həvəsini hiss etdiyim üçün ona silah mədəniyyətimizdən danışdım, silahın namus hesab edildiyini bildirdim. Həmçinin təqaüdə çıxdığım zaman silahlardan birini ona verəcəyimi dedim. Bu sözlərimdə məqsədim oğlumun silaha olan marağını təxirə salmaq idi. "Gələcəkdə keçmişin təmiz qalsa və məktəbi yaxşı bitirsən, sənə də silah ala bilərik" deyərək ümid verməyə çalışdım. Lakin bunun ardınca oğlum mənə ABŞ-də hər kəsin silah ala bildiyini söylədi. Mən də ölkəmizdə kimlərin silah əldə edib gəzdirə biləcəyini ona izah etdim. Oğlum dostlarının silahla atəş açdığını, mənim də ona atəş açdırmağım lazım olduğunu bildirdi", - deyə o, fikirlərini izah edib.
Uğur Mersin deyib ki, bazar ertəsi polis atış poliqonuna gedib oğluna öz silahından atəş açmağı öyrədib. Ona silahın təsadüfi istifadə edilməməli olduğunu və həmişə nişan alınmalı olduğunu izah edib.
"Oğlum atəş açarkən bir neçə şəkil və video çəkdim; məqsədim onları xatirə olaraq saxlamaq və onun həvəsini boğmaq idi. Daha sonra şəkilləri "WhatsApp" vasitəsilə oğlum İsaya göndərdim", - deyə o bildirib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbinə 14 yaşlı İsa Aras Mersinli silahla hücum edib. Nəticədə 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Daha sonra yeniyetmə intihar edib. Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası məhkəmə qərarı ilə həbs olunub.
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI










