Oğurladığı avtomobillə tələbənin ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb

Bakıda tələbənin ölümünə səbəb olan sürücü Tural Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, T. Rəsulov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb. Qeyd edək ki, hadisə bu il aprelin 5-də Yasamal rayonunda qeydə alınıb. Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Şahbazi “Chrysler” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarət nəticəsində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Rəsulov Tural Söhbət oğlu olub. Məlum olub ki, o, bu maşını Bakı Əyləncə Mərkəzinin dayanacağından həmin gün saat 12.00-da qaçırıb. Hadisə isə saat 13.50-də baş verib. 50 DC 346 dövlət nömrə nişanlı “Chrysler” markalı avtomobilin sahibi isə 23 yaşlı Vəliyev Samir Əmirxan oğludur.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











