Oğurluq edən üç yeniyetmə saxlanılıb - FOTO

Qubada oğurluq edən üç yeniyetmə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınalıq kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə tutulub.
Dindirilmə zamanı həmin yeniyetmələr törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, onlar zərərçəkənlərin evdə olmadığı vaxtlarda qanunsuz olaraq evlərə daxil olaraq, ümumilikdə iki evdən 2 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd qol saatı, 1 ədəd durbin, 1 ədəd “İj” markalı ov tüfəngi, 1 ədəd patrondaş və 12 ədəd patron, 1 ədəd süngü-bıçaq, həmçinin məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.
Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














