Oğurluqla məşğul olan şəxslər saxlanılıblar - Sumqayıtda

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıtda ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, 1 gözəllik salonundan 54 manat, 1 evdən qızıl əşyalar və 1 avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən, şəhər sakini X.Məmmədli saxlanılıb.
Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.
1-ci Polis Bölməsi əməkdaşalrının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən 17 manat pul və tütün məmulatı, ayrı-ayrı 3 vətəndaşın isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin F.Rzayev olması müəyyən edilib.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxsi avtomobillə birgə saxlayıblar. “VAZ-2106” markalı avtomobili qaçıran şəxsin şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə tutulmuş M.Zəkiyev olması müəyyən edilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










