Oğuzda kütləvi dava: 2 nəfər xəsarət alıb

Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun 1988-ci il təvəllüdlü Calut-1 kənd sakini Quliyev Zamin Cəmil oğlu və 1993-cü il təvəllüdlü Calut kənd sakini Xamdiyev Sərvər Ənvər oğlu bədən xəsarətləri ilə daxil olublar. Müayinə zamanı 31 yaşlı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. 26 yaşlı S.Xamdiyev qapalı kəllə-beyin travması aldığından, yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Məlumata görə, Z.Quliyev və S.Xamdiyev aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. Rayon sakinləri bildiriblər ki, davanın daha 2 iştirakçısı polis tərəfindən axtarılır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










