Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO

Azərbaycanın bölgələrindən birində sahibsiz küçə itlərinin toplanması ilə bağlı iddialar gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan məlumatlara görə, Oğuzun müxtəlif ərazilərində sahibsiz itlər xüsusi qruplar tərəfindən toplanaraq avtomobillərlə naməlum istiqamətə aparılır. Bu barədə yerli sakinlər məlumat veriblər.
Bu meyvələrdən UZAQ DURUN! – Qorxunc xəstəliklərə səbəb olur
Sakinlərin sözlərinə görə, küçə itləri əsasən yaşayış məntəqələrində və məhəllələrdə toplanılır. Lakin heyvanların hara aparıldığı və onların sonrakı taleyi ilə bağlı rəsmi açıqlama verilmədiyi bildirilir.
Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar toplanan heyvanların aqibəti ilə bağlı aidiyyəti qurumların şəffaf məlumat verməsini və prosesin hansı qaydada həyata keçirildiyinin açıqlanmasını tələb edirlər.
Qeyd edək ki, son vaxtlar ölkənin müxtəlif bölgələrində sahibsiz heyvanların toplanması ilə bağlı məsələlər ictimai müzakirə mövzularından birinə çevrilib.
Oğuz Rayon İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, rayon ərazisində sahibsiz itlərin toplanması onların təhlükəsiz şəraitdə saxlanılması və əhali üçün yarana biləcək risklərin qarşısının alınması məqsədi daşıyır.
Bildirilib ki, xüsusilə aqressiv davranış nümayiş etdirən və ya xəstəlik əlamətləri olan sahibsiz itlər toplanaraq rayon icra hakimiyyətinin tərkibində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfat Mərkəzinə aparılır. Həmin heyvanlar burada müvafiq qaydada saxlanılır, qida ilə təmin edilir və qalması üçün uyğun şərait yaradılır.
Qeyd olunub ki, sahibsiz heyvanların toplanması prosesi müvafiq qaydalara uyğun şəkildə həyata keçirilir və məqsəd həm vətəndaşların təhlükəsizliyini təmin etmək, həm də heyvanların nəzarətsiz şəkildə küçələrdə qalmasının qarşısını almaqdır.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












