Oktyabrın 1-də quru sərhədlər açılacaq? - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb.
Ölkələr arasındakı sabitliyi nəzərə alsaq, oktyabrın 1-dən sonra quru sərhədlərin açılması ehtimalı varmı?
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin deputatı Razi Nurullayev "Metbuat.az"a açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı qalması yalnız Azərbaycanla Ermənistan arasında olan münaqişəyə bağlı deyil:
“İndi Azərbaycanla Ermənistan arasında artıq sülh sazişi ilə bağlı razılıq əldə olundu və yəqin ki, artıq gələn il də tam olaraq sülh müqaviləsi bağlanar. Amma belə demək olar ki, artıq Ermənistanla Azərbaycan arasında razılaşma var və ABŞ da bu müqavilənin qrantı kimi çıxış edir desək, yanılmarıq”.
Millət vəkilinin sözlərinə görə, oktyabrın 1-dən quru sərhədlərinin açılması hələ ki, bir az problematik görünür:
“Çünki bizim Rusiya ilə də sərhədimiz var və Rusiya ilə Azərbaycan arasında gərginlik mövcuddur. Bu gərginliyə əsaslanaraq demək olar ki, əgər həmin vaxta qədər Azərbaycanla Rusiya arasındakı münasibətlər daha normal bir hala düşərsə, onda sərhədlərin açılması da reallaşa bilər. Əks halda quru sərhədlərinin açılacağı ilə bağlı danışmaq hələ bir qədər çətindir”.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












