Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO

Həftəsonları Bakının mərkəzində avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı ərazidə yeni dəyişiklik tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, jurnalist Raqif Raufoğlu sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə Zərifə Əliyeva küçəsindən bulvar istiqamətində hərəkət edən sürücülər üçün tətbiq olunan məhdudiyyətlər barədə məlumat verib.
Onun sözlərinə görə, sözügedən giriş hazırda həftəsonları nəqliyyatın hərəkəti üçün bağlıdır. Oktyabrın 5-dən etibarən isə həmin giriş tamamilə bağlanacaq.
Beləliklə, Zərifə Əliyeva küçəsindən gələn avtomobillər düzünə – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Hacı Zeynalabdin Tağıyev Muzeyi və həmin istiqamətdə yerləşən küçələrə doğru hərəkət edə bilməyəcəklər.
Sürücülər yalnız sağa, Malakan bağı və sahil istiqamətinə dönə biləcəklər. Həmin istiqamətdə hərəkət Fransa səfirliyinə qədər davam etdirilə biləcək.
Raqif Raufoğlu bildirib ki, bu məhdudiyyətlər şəhər mərkəzinin avtomobilsizləşdirilməsi və həftəsonları ərazinin piyadalar üçün daha əlçatan olması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində tətbiq olunur.
Yeni hərəkət sxeminin qüvvəyə minməsindən sonra sürücülərin mərkəz istiqamətində hərəkət zamanı alternativ marşrutlardan istifadə etməsi lazım gələcək.
Eltac Zülfüqaroğlu
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ












