Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - FOTO

Bəzi media resurslarında həlak olan Azərbaycan hərbçisinin paraşütdən yerə yıxılması anını əks etdirdiyi iddia olunan görüntülər yayılıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, paylaşılan videonun araşdırılması nəticəsində müəyyən olunub ki, görüntülər bir neçə ay əvvəl xarici ölkələrdən birində baş vermiş hadisəyə aiddir.
Ayrı-ayrı media resursları və sosial şəbəkə istifadəçiləri həssas hərbi mövzulardan istifadə edərək daha çox baxış sayı və reytinq əldə etmək məqsədilə həmin köhnə görüntüləri yanlış təqdim etmiş, onları Azərbaycan Ordusu ilə əlaqələndirərək həqiqəti əks etdirməyən məlumatlar yayıblar.
Videoda əks olunan hərbi nəqliyyat təyyarəsi C-130 tipli turbopərvanəli təyyarədir. Azərbaycan Müdafiə Nazirliyinin balansında bu tip hərbi nəqliyyat təyyarəsi mövcud deyil.
Həmçinin videoda görünən paraşüt sistemi də Azərbaycan Ordusunun silahlanmasında istifadə olunan paraşüt növlərinə aid deyil.
Bu səbəbdən videonun Azərbaycan Ordusuna aid olduğu barədə iddialar həqiqəti əks etdirmir. Bu cür dezinformasiya cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir.
Media subyektləri və sosial media istifadəçiləri hərbi mövzularla bağlı məlumatları yayarkən yalnız rəsmi və etibarlı mənbələrə istinad etməli, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməlidirlər.

İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX













