Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə ediləcək

Fransanın Paris şəhərində 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə olunacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Elizabet Born məlumat verib. Onun sözlərinə görə, uçan taksilərdən yarışlar zamanı istifadə onların ətraf mühitə zərərsiz və ictimai nəqliyyat növünə uyğun gəlib-gəlmədiyini sınamaq üçün bir imkan olacaq.
Qeyd edək ki, layihə Paris aeroportu (ADP) tərəfindən Paris-Burje beynəlxalq aeronavtika və fəza sərgisində təqdim edilib. Uçan taksiləri qəbul edəcək aeroportun adı ilin sonunda açıqlanacaq. Nəqliyyat vasitəsi üçün portun tikilişi 18 aya və 10 milyon avroya başa gələcək. Layihənin reallaşması məqsədilə Paris aeroportu artıq Fransanın "Airbus" şirkəti ilə əməkdaşlığa başlayıb.
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV












