Ölümə səbəb olan sürücünün şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Şixiyevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib.
Belə ki, A.Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun sürdüyü “Mersedes”i vurub. Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.
Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb və sürücü A.Şixiyev istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Məhkəmənin hazırlıq iclasında A.Şixiyev həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Şixiyev 5 il 11 aymüddətinə azadlıqdan məhrum edilib.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












