Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA

Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin inkişafı ilə birlikdə onlayn kreditlərə maraq nəzərəçarpacaq dərəcədə artıb.
Avtosfer.az xəbər verir ki, Əvvəllər kredit almaq üçün bank filialına getmək, uzun növbələrdə gözləmək və müxtəlif sənədlər toplamaq lazım idisə, indi bu proses xeyli sadələşib. Vətəndaşlar artıq mobil tətbiqlər və internet platformaları vasitəsilə bir neçə dəqiqə ərzində kredit müraciəti edə, təsdiq ala və vəsaiti birbaşa bank kartına və ya hesabına köçürə bilirlər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, onlayn kreditlərə marağın artması əsasən rahatlıq və sürətli xidmətlə bağlıdır:

“Yəni çox rahat şəkildə, bir neçə dəqiqə ərzində kredit üçün müraciət etmək mümkündür. Kredit tez bir zamanda təsdiqlənir və əlavə əziyyət çəkmədən vəsait əldə olunur. Bu, əslində normal və müsbət haldır. Faizlərə gəldikdə isə, onlayn kreditlərdə faizlər bəzi hallarda adi kreditlərlə eyni səviyyədə olur, bəzən isə daha aşağı olur. Ən azından əlavə xərclər tələb olunmur. Bu baxımdan onlayn kreditlərin olması yaxşıdır”.
Ekspertin sözlərinə görə, əsas problem onlayn kreditlərin özü deyil, kreditləşmənin istiqamətidir:
“Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərinə yönəlib. İstehsal, kənd təsərrüfatı və biznes sahələrinə kredit verilməsində nə banklar kifayət qədər maraqlıdır, nə də mövcud iqtisadi vəziyyət buna stimul yaradır. Bu isə iqtisadiyyatın zəifləməsinə və durğunluq dövrünə daxil olmasına səbəb olur. Əgər kredit resursları daha çox real sektorun inkişafına yönləndirilsə, bu həm iqtisadi aktivliyi artırar, həm də uzunmüddətli dayanıqlı inkişaf üçün əlavə imkanlar yaradar. Buna baxmayaraq, onlayn kreditlərin mövcudluğu müasir bankçılıq sisteminin vacib hissəsidir və rəqəmsal maliyyə xidmətlərinin inkişafı baxımından müsbət qiymətləndirilməlidir".
Fatimə Dadaşova
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












