Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? - VİDEO

Bu gündən bank və bank olmayan kredit təşkilatlarından onlayn istehlak krediti götürənlərə vəsait dərhal verilməyəcək. Kreditin məbləğindən asılı olaraq 2 və ya 24 saatlıq gözləmə müddəti tətbiq olunacaq.
Avtosfer.az Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yeni qaydaların əsas məqsədlərindən biri vətəndaşların hüquqlarının qorunması və onlayn kreditlər zamanı dələduzluq hallarının qarşısının alınmasıdır:
"Onlayn kreditlərdə xüsusən müasir texnologiyalardan istifadə edən dələduzların vətəndaşları aldadaraq onların hesablarından kredit götürməsi halları ortaya çıxırdı. Mərkəzi Bankın bu addımları vətəndaşları qorumaq məqsədi daşıyır".
Onun sözlərinə görə, gözləmə müddəti həm də vətəndaşlara kredit götürmək qərarını yenidən düşünmək imkanı verir:
"Bu, vətəndaşın impulsiv və emosional alışlardan qorunması üçün zaman tanınmasıdır. Həmçinin hər hansı dələduzluq faktı olarsa, bunun yoxlanılması və banka müraciət edilməsi üçün vaxt yaranır".
Xalid Kərimli yeni qaydaların problemli kreditlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağını düşünmür:
"Bu qərarın əsas məqsədlərindən biri dələduzluq hallarının azaldılması, digəri isə vətəndaşın impulsiv kredit götürməsinin qarşısının alınmasıdır. Amma bunun problemli kreditləri əhəmiyyətli dərəcədə azaldacağını söyləmək yanlışdır. Vətəndaş israrlıdırsa, yenə də krediti götürəcək".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












