Orta Dəhliz boyu konteyner daşımalarının inkişafı müzakirə edilib - FOTO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çinin "COSCO" gəmiçilik şirkəti ilə Orta Dəhliz vasitəsilə konteyner daşımaları məsələsini müzakirə edib.
Avtosfer.az-ın Bakı Limanına istinadən verdiyi məlumata görə, görüş "COSCO"nun Avropa nümayəndəliyinin rəhbəri Vanq MinqFenqin və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Səfər zamanı qonaqlara Bakı Limanının İpək Yolunun inkişafındakı strateji rolu, Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsinə verdiyi töhfə, həmçinin karbon emissiyalarının azaldılması və davamlı logistika həllərinin tətbiqi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib. Nümayəndə heyəti həmçinin limanın inkişaf tarixi və əsas infrastruktur layihələri ilə tanış olub.
Görüşdə xüsusilə "COSCO" şirkətinin Orta Dəhliz vasitəsilə konteyner daşımalarının artırılmasında oynaya biləcəyi rol müzakirə edilib. Bakı Limanının logistika və yükdaşıma proseslərini daha yaxından görmək üçün nümayəndə heyətinə limanın ərazisinə baxış keçirilib, burada tətbiq olunan innovativ texnologiyalar nümayiş etdirilib.
Xatırladaq ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çini, Qazaxıstanı, Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı, Türkiyəni və Avropanı birləşdirən mühüm nəqliyyat arteriyasıdır. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının effektivliyini artırmaq məqsədilə "Middle Corridor Multimodal Ltd." adlı birgə dəmir yolu şirkəti yaratmaq haqqında saziş imzalayıb.
Orta Dəhliz vasitəsilə konteyner daşımaları davamlı artım nümayiş etdirir. 2024-cü ilin mart ayında Çinin Sian şəhərindən çıxan ilk konteyner blok-qatarı cəmi 11 gün ərzində Bakıya çatıb. Ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib, 2024-cü ildə isə bu marşrutla daşınan konteynerlərin həcmi artıq 27 min TEU-dan çox olub ki, bu da 2023-cü illə müqayisədə 25 dəfə çoxdur.
Bundan əlavə, 2024-cü ilin may ayında Qazaxıstanın "KTZ Express" və Sinqapurun "Global DTC" şirkətləri Transxəzər marşrutu üzrə rəqəmsal dəhliz layihəsinə start verdiklərini elan ediblər. Bu layihə müasir rəqəmsal texnologiyalardan istifadə etməklə logistika proseslərinin avtomatlaşdırılmasına yönəlib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI













