Orta Dəhliz Cənubi Koreya və Yaponiya biznesi üçün mühüm marşruta çevrilir

Danimarkanın “Maersk” nəqliyyat və logistika korporasiyası Yaponiyadan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə yüklərin ilk sınaq daşınmasını uğurla başa çatdırıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, daşıma marşrutu Naqoya (Yaponiya) - Tsindao (Çin) - Sian (Çin) - Poti (Gürcüstan) - Ambarlı (Türkiyə) məntəqələrindən keçib.
“Maersk” qeyd edir ki, bu uğurlu daşınma Asiya və Avropanı birləşdirmək istəyən biznes üçün inteqrasiya olunmuş, səmərəli logistika həlli təklif edən mühüm ticarət marşrutu kimi Orta Dəhlizin potensialını vurğulayır.
Mərkəzi Asiya və Qafqazda biznesin inkişafı şöbəsinin rəhbəri İrakli Daneliya vurğulayıb ki, Orta Dəhliz Çin, Yaponiya və Koreyadan Gürcüstan, Azərbaycan və dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan, Özbəkistan və Türkmənistana təchizat zəncirlərinin şaxələndirilməsi üçün mühüm alətə çevrilir.
Öz növbəsində, Şimal-Şərqi Asiyada yük və transsərhəd daşıma risklərinin idarə edilməsi şöbəsinin rəhbəri Min Yanq Kim qeyd edib ki, Orta Dəhliz öz məhsullarını Avropaya ixrac edən Cənubi Koreya və Yaponiya şirkətləri üçün dəyərli imkan yaradır. Onun fikrincə, bu marşrut təchizat zəncirinin dayanıqlığını yaxşılaşdıran və tranzit müddətini azaldan etibarlı və səmərəli logistika həllini təklif edir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












