Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur - Nəqliyyat Nazirliyi

Tbilisidə keçirilən İpək Yolu Forumunun "Orta Dəhliz: Etibarlılıqdan Səmərəliliyə" panelində Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz Orta Dəhlizin strateji əhəmiyyətindən danışıb. Bu barədə Avtosfer.az xəbər verir.
Boyraz bildirib ki, Orta Dəhliz Avropa və Asiya arasında etibarlı marşrut kimi getdikcə önəm qazanır:
"Orta Dəhliz həqiqətən öz təhlükəsizliyi ilə seçilir. Xəzər dənizinin tranzit marşrutu Şimal marşrutundan üç min kilometr qısadır, iqlim şəraiti əlverişlidir və müxtəlif nəqliyyat vasitələrinin birləşməsi sayəsində hər hansı məhdudiyyət dəhlizin bütövlüyünü pozmur".
O, Avropa ilə Çin arasında ticarətin artdığını, bunun nəticəsində daşınmanın əhəmiyyətinin yüksəldiyini vurğulayıb:
"Ardıcıl siyasət və investisiyalarla daşınan yüklərin sayı və həcmi üç dəfə artırıla bilər. Bu dəhliz gələcəkdə region üçün böyük fayda verəcək".
Nazir müavini əlavə edib ki, Xəzər dənizində müəyyən gecikmələr olsa da, infrastrukturun gücləndirilməsi və idarəetmə modelinin sadələşdirilməsi ilə bu problemlər aradan qaldırıla bilər:
"Orta Dəhliz etibarlı marşrutdur, çünki geosiyasi risklər minimumdur. Biz istəyirik ki, o təkcə etibarlı və dəstəkləyici deyil, həm də daha əlçatan və daha çox imkan yaradan marşrut olsun. Sərmayələrin cəlb edilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi də vacibdir".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












