Orta Dəhliz ölkələri arasında daha sıx koordinasiyanın yaradılması təklif edilir - FOTO

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas məsələlərdən biri investorlar və dəhliz boy yerləşən ölkələr arasında daha sıx koordinasiyanın yaradılmasıdır.
Avtosfer.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz TicarətLimanı" QSC-nin Baş direktoru Taleh Ziyadov ABŞ-ın Nyu-York şəhərində Xəzər Siyasət Mərkəzi ("Caspian Policy Center") Və Xəzəryanı ölkələrin səfirliklərinin təşkilatçılığı ilə keçirilən 5-ci Xəzər Biznes Forumunda bildirib.
"Bölgənin əhəmiyyəti artır, lakin bununla bağlı rəqabətin də artacağı gözlənilir", - deyə o qeyd edib.
Liman rəhbəri Orta Dəhlizin davamlı olması üçün “Yaşıl Dəhliz” prinsiplərinin tətbiqinin əhəmiyyətinə toxunub və regionun ilk Yaşıl Limanı olan Bakı Limanının bu sahədə böyük inkişaf yolu qət etdiyini qeyd edib.
"Caspian Policy Center"in prezidenti Efqan Nifti isə Orta Dəhliz kimi layihələr vasitəsilə regionda nəqliyyat əlaqələrinin artan əhəmiyyətini, eləcə də Xəzər regionunun karbohidrogen və bərpa olunan enerji mənbələri ilə dünyanı enerji lə təmin etmək qabiliyyətini vurğulayıb.
Forum müddətində iştirakçılar müxtəlif panel sessiyalar üzrə Xəzər regionunda eneji istehsalı, onun nəqli və bu ərazinin beynəlxalq logistikada oynadığı mühüm rol və digər bu kimi məsələlər bağlı fikir mübadiləsi aparıblar.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT















