"Orta Dəhliz strateji mövqeyi sayəsində yeni imkanlar yaradacaq"

Orta Dəhliz son dərəcə mühüm layihədir və Bolqarıstan bu marşrutu dəstəkləyir.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Bolqarıstanın iqtisadiyyat və sənaye nazirinin müavini Nikolay Pavlov deyib.
O bildirib ki, bu dəhliz tam şəkildə fəaliyyət göstərərsə, strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq.
Nazir müavini qeyd edib ki, layihənin yekunlaşması nəticəsində yükdaşımaların daha sürətli və səmərəli olacağı, həmçinin biznes mühiti və ticarət üçün yeni imkanlar təqdim edəcəyi proqnozlaşdırılır.
"Nəqliyyat ölkələrimiz arasında ticarətin həcminin artırılması istiqamətində mühüm amildir. Bu kontekstdə məhsulların logistikasının daha sürətli və səmərəli olması böyük əhəmiyyət kəsb edir. Bununla belə, şirkətlərimizi bir araya gətirmək, müxtəlif yarmarkalarda, biznes forumlarda iştirak etmək, iş adamlarımızı görüşməyə, birgə işləməyə təşviq etmək lazımdır. Bu addımlar ticarətimizin şaxələndirilməsi üçün imkanlar yaradacaq. Hazırda ticarətimizin böyük hissəsi təbii qaza yönəlib, lakin potensialımız daha genişdir. Biz müxtəlif məhsullar vasitəsilə ticarətimizi şaxələndirə bilərik", - N. Pavlov vurğulayıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












