Orta Dəhliz üzrə yük axınının artması fonunda 50 000 TEU genişləndirilib

Orta Dəhlizin inkişafında əsas rol oynayan Gürcüstanın Poti limanında ("APM Terminals Poti") konteryner körpüsünün tutumu 50 000 TEU-yə qədər artırılıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, 5,4 hektar torpaq sahəsinin əldə edilməsi, həmçinin konteyner meydançasının müasirləşdirilməsi və genişləndirilməsi sayəsində mümkün olub.
"Bu genişlənmə saxlama imkanlarını yaxşılaşdırır, əməliyyat səmərəliliyini artırır. Bundan əlavə, regionda böyük layihələrin həyata keçirilməsinə hazırlığı gücləndirir, eyni zamanda Potinin Qara dəniz regionunda və onun hüdudlarından kənarda rəqabət qabiliyyətini qoruyur. Tələbatın artması ilə yerli və qlobal ticarətin dəyişən ehtiyaclarına cavab verən dayanıqlı infrastrukturun inkişafına sadiqliyimiz də artır", - şirkətin məlumatında bildirilib.
Ötən il Gürcüstanın qərbində yerləşən ən böyük dəniz limanı olan Potinin konteyner dövriyyəsi 545 297 TEU təşkil edib. Eyni dövrdə terminal 313 konteynerdaşıyan gəmi qəbul edib və 74 173 nəqliyyat aşırılmasını təmin edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətinin genişləndirilməsinə yönəlmiş Potidə yeni konteyner terminalının tikintisinin 2027-ci ildə başa çatması gözlənilir. Terminalda iki “STS Post-Panamax” tipli kran quraşdırılacaq ki, bu da ildə 400 000 TEU-ya qədər aşırılmanı təmin edəcək. Yeni körpü 13,5 metrə qədər suya oturma ilə 300 metrə qədər uzunluğu olan gəmiləri qəbul edə biləcək.
Qeyd edək ki, TBNM və yaxud Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir.
2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə 5,2 milyon tona qədər artım olacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu TMTM iştirakçı ölkələri xətti ilə keçəcək. Bu həcmdən 2,5 milyon ton quru yüklər (96 min TEU ekvivalenti), 1,7 milyon ton isə neft təşkil edəcək.
Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR










