Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılmasına dair razılıq əldə edilib

Qazaxıstan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə yarımkomitənin 15-ci iclasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) gələcək inkişafı və bu marşrut üzrə yükdaşımaların həcminin artırılması ilə bağlı razılıq əldə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” bu ölkənin Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Urumçi şəhərində Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov və Çinin nəqliyyat nazirinin müavini Li Yan arasında ikitərəfli danışıqlar aparılıb.
Çin tərəfi Avropaya yükdaşımaların artırılması üçün Qazaxıstan vasitəsilə TBNM marşrutu üzrə avtomobil nəqliyyatının genişləndirilməsində maraqlı olduğunu bildirib. Ötən il iki ölkə yük daşımaları üçün icazə blanklarının mübadiləsini elektron formata keçirib ki, bu da reyslərin iki dəfə artırılmasına imkan verib.
Tərəflər həmçinin sərnişindaşıma sahəsində potensialın artırılması, yeni sərnişin marşrutlarının açılması və uçuş coğrafiyasının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Yaz-yay mövsümündə Qazaxıstan və Çin arasında həftədə təxminən 125 reysin yerinə yetirilməsi planlaşdırılır. Yükdaşımalar isə marşrut və uçuş tezliyi ilə bağlı məhdudiyyətlər olmadan həyata keçiriləcək.
Bundan əlavə, regional əməkdaşlığın inkişafı məqsədilə Çin-Mərkəzi Asiya nəqliyyat nazirlərinin 2-ci görüşünün təşkili barədə razılıq əldə olunub.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












