Orta Dəhlizdə rəqəmsallaşma rəqabət üçün yetərlidirmi? - AÇIQLAMA

Orta Dəhliz üzrə yüklərin artdığı bir dövrdə liman, dəmir yolu və gömrük əməliyyatlarında rəqəmsallaşmanın səviyyəsi hələ ilkin mərhələdədir və daha da inkişaf etdirilməlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma vacib istiqamətdir, lakin hər bir ölkə bu prosesi özünəməxsus həllərlə həyata keçirir.
“Əsas çağırış isə bu rəqəmsal həllərin sinxronlaşdırılması və vahid platforma üzərindən idarə olunmasıdır. Tranzit vaxtına həm infrastruktur imkanları, həm də bürokratik prosedurlar birbaşa təsir göstərir. İnfrastruktur dedikdə limanların, dəmir yollarının və sərhəd-buraxılış məntəqələrinin buraxıcılıq qabiliyyəti nəzərdə tutulur. Bürokratik proseslərin optimallaşdırılması isə rəqəmsallaşma yolu ilə mümkün olur”, - deyə ekspert vurğulayıb.
R.Ağamirzəyev qeyd edib ki, bu istiqamətdə işlər davamlı xarakter daşıyır:
“Gürcüstan rəqəmsallaşmanın müəyyən mərhələsini artıq həyata keçirdiyini açıqlayıb. Qazaxıstan və Türkiyədə də bu sahədə ciddi addımlar atılıb. Azərbaycan da bu trendlə ayaqlaşaraq müvafiq işlər görür və yaxın illərdə bunun real nəticələrinin müşahidə olunacağı gözlənilir”.
Ekspertin fikrincə, Orta Dəhliz boyunca – Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu regionlarını əhatə edən, Çin sərhədindən Avropa İttifaqının sərhədlərinədək uzanan marşrut üzrə yerləşən ölkələrin vahid yanaşma ortaya qoyması rəqəmsallaşma prosesini daha da sürətləndirə və dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












