Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir

Avropa İttifaqının “Global Gateway” strategiyası çərçivəsində Orta Dəhliz boyunca nəqliyyat infrastrukturuna yatırılan investisiyalar genişlənməkdə davam edir. Ekspertlər hesab edirlər ki, bu layihələr təkcə Mərkəzi Asiya ölkələri üçün deyil, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspert bildirib ki, Özbəkistanda A-380 magistral yolunun Nukus şəhəri ətrafındakı 41 kilometrlik hissəsinin yenidən qurulması və genişləndirilməsi üzrə layihə Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Layihə Avropa İnvestisiya Bankı (EIB) və İslam İnkişaf Bankının (IsDB) tələblərinə uyğun hazırlanıb.
İlk baxışdan bu, adi yol layihəsi təsiri bağışlasa da, əslində Orta Dəhlizin Mərkəzi Asiya seqmentinin sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir. A-380 magistralı Qaraqalpaqstan üzərindən Qazaxıstanla əlaqəni təmin edən və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə çıxışı formalaşdıran əsas avtomobil yollarından biridir. Yolun beynəlxalq standartlara uyğun yenilənməsi yükdaşımaların sürətini, təhlükəsizliyini və etibarlılığını artıracaq.
Ekspert diqqətə çatdırıb ki, bu marşrutun digər hissəsində tikinti işləri artıq Azərbaycan şirkətinin iştirakı ilə həyata keçirilib. Belə ki, "North West Construction" və Türkiyənin "Polatyol Yapı" şirkəti CAREC Dəhliz 2 layihəsi çərçivəsində A-380 magistralının Kunqrad–Daut-Ata istiqamətində yerləşən ilk üç hissəsini inşa edib. Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılıb və tikinti işləri 2024-cü ildə tamamlanıb.
Bu fakt Azərbaycanın artıq Orta Dəhlizdə yalnız tranzit ölkə deyil, həm də beynəlxalq nəqliyyat infrastrukturu layihələrində podratçı kimi çıxış etdiyini göstərir. Bu, yerli tikinti şirkətlərinin beynəlxalq bazarda rəqabət qabiliyyətinin artmasının da göstəricisidir.
Rauf Ağamirzəyev vurğulayıb ki, Orta Dəhlizin hər bir hissəsində həyata keçirilən infrastruktur layihələri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Dəmir Yolları və Trans-Xəzər marşrutu üzrə yükdaşımaların həcminin artmasına birbaşa təsir göstərir. Dəhlizin rəqabət qabiliyyəti yalnız liman və dəmir yolu layihələri ilə deyil, onları tamamlayan müasir avtomobil yollarının yaradılması ilə də təmin olunur.
Ekspert hesab edir ki, Avropa İttifaqının yeni layihəsi və Azərbaycanın artıq iştirak etdiyi yol tikintisi işləri eyni strateji məqsədə xidmət edir. Bu layihələr Orta Dəhlizin Mərkəzi Asiya hissəsini daha sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli beynəlxalq nəqliyyat marşrutuna çevirməklə yanaşı, Azərbaycanın regionun logistika və infrastruktur xəritəsində mövqeyini daha da gücləndirəcək.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












