Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA

Orta Dəhlizdə alternativ avtomobil yollarının yaradılması logistika sisteminin dayanıqlılığını artıra bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev nəqliyyat dəhlizlərində alternativ marşrutların mövcudluğunun yükdaşımaların fasiləsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Ekspertin sözlərinə görə, marşrutların sayı və alternativ seçim imkanları nə qədər çox olarsa, logistika sisteminin mümkün risklərə davamlılığı da bir o qədər yüksələr. Orta Dəhlizin limanlarının bir neçə dəmir yolu xətti ilə yanaşı, alternativ avtomobil yolları ilə əlaqələndirilməsi yük axınlarının bölüşdürülməsinə, infrastrukturun yüklənməsinin optimallaşdırılmasına və nəqliyyatda yarana biləcək fasilələrin təsirinin azaldılmasına imkan verər.
Rauf Ağamirzəyev bu baxımdan Türkmənistanda Aşqabad–Daşoğuz avtomobil yolunun tikintisi ilə bağlı qərarın diqqətəlayiq olduğunu vurğulayıb.
Türkmənistan Prezidenti 2022–2028-ci illər üzrə sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq, Avtomobil Yolları Nazirliyinə bir sıra layihələr üzrə müqavilələr bağlamaq səlahiyyəti verib. Buraya 546 kilometr uzunluğunda Aşqabad–Daşoğuz avtomobil yolunun tikintisi, marşrut boyunca ümumi uzunluğu 812 metr olan avtomobil körpülərinin inşası, eləcə də mövcud körpülərin təmiri və modernləşdirilməsi daxildir.
Layihənin həyata keçirilməsi Türkmənistanın şimal və cənub bölgələri arasında avtomobil nəqliyyatı əlaqələrini gücləndirməklə yanaşı, Xəzər regionunda alternativ logistika imkanlarının genişlənməsinə də töhfə verə bilər.
Rauf Ağamirzəyev diqqətə çatdırıb ki, Orta Dəhlizin rəqabət qabiliyyəti yalnız limanların yükötürmə imkanları ilə ölçülməməlidir. Limanlara aparan dəmir yollarının, avtomobil magistrallarının və alternativ marşrutların mövcudluğu, eləcə də onların bir-birini əvəz etmək imkanları dəhlizin səmərəliliyinə birbaşa təsir göstərir.
Logistika sistemində əsas prinsiplərdən biri hər hansı marşrutda problem yarandığı halda yük axınının digər istiqamətə yönləndirilməsidir. Bu yanaşma tranzitdən asılılığı və mümkün riskləri azaltmaqla yanaşı, beynəlxalq yükdaşımaların daha dayanıqlı təşkilinə şərait yaradır.
Eltac Zülfüqaroğlu
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












