Orta Dəhlizin inkişaf etdirilməli tərəfi açıqlanıb

Orta Dəhlizin ən zəif və gələcək inkişafı tələb olunan tərəflərindən biri Gürcüstan və Türkiyə üzərindən Avropaya birləşmədir.
Avtosfer.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlama və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunmuş "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" panel müzakirəsində bildirib.
"Xəzər üzərində "feeder line" var. Blok qatarlar işləyir. Həm Azərbaycanla Gürcüstan arasında, həm Çindən Aktauya qədər. Gürcüstan limanlarından və yaxud Türkiyədən blok qatarı ilə Avropaya birləşmə yoxdur. Yük yığıldıqdan sonra göndərilməlidir. Bu, dəhlizin ən zəif cəhətidir, Azərbaycan, Qazaxıstan və Gürcüstanın məsələsi deyil", - deyə o qeyd edib.
Liman rəsmisi həmçinin bildirib ki, konteyner daşınması beynəlxalq logistikaya, yəni Şərq-Qərb dəhlizinə inteqrasiyanın bir nümunəsidir: "2024-cü ildə biz 76 mindən çox TEU konteyner aşırdıq. Bu rəqəm əvvəlki dövrlərdə 35-40 min TEU idi. Elə bu ilin 4 ayında limanımızda 38 600 TEU yük konteyneri aşırılıb. Yəni bu ilk 4 ayın göstəricilərini və yanvar-fevralda küləkli günlərin sayının çox olmasını nəzərə alsaq bu həcm davam eləsə, ilin sonuna 100 000 TEU-nu keçəyi gözlənilir. Nəzərə alsaq ki, 2010-2020-ci illərdə konteyner həcmləri 15-20 min TEU arasında dəyişirdi və bu, 5 dəfə artıq bir TEU həcmi deməkdir".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












