Orta Dəhlizin inkişafı gələcək üçün strateji əhəmiyyət daşıyır - Nazir

Orta Dəhliz marşrutunun inkişafı region ölkələrinin gələcəyi üçün strateji əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumu çərçivəsində "Orta Dəhliz: Etibarlılıqdan Səmərəliliyə" adlı panel müzakirə zamanı deyib.
Orta Dəhlizin inkişafı və tranzitin strateji əhəmiyyətindən danışan nazir bildirib ki, Qazaxıstanda "ikinci neft" adlandırılan tranzit bir çox ölkələrin gələcəyi üçün həlledici rol oynayır:
"Biz Orta Dəhlizin inkişafına böyük maraq göstəririk. Hüquqi və institusional səviyyədə hökumətlərarası saziş də mühüm əhəmiyyət daşıyır və infrastruktura sərmayə qoymaq istəyənlər üçün zəmanətlər təqdim edir".
Paneldə, həmçinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Asiya İnkişaf Bankının vitse-prezidenti Yanqminq Yanq və Türkiyənin nümayəndələri çıxış ediblər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












