"Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etməyə hazırıq" - Lu Mey

Çin-Azərbaycan strateji tərəfdaşlığı böyük perspektivlərə malikdir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gələcəyə baxdıqda görünür ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığı geniş və böyük perspektivlərə malikdir: “Çin iki ölkənin prezidentlərinin konsensusunu həyata keçirmək və ikitərəfli münasibətlərin daha fəal inkişafına töhfə vermək üçün bütün səylərini səfərbər edərək Azərbaycanla əməkdaşlığa hazırdır".
Bununla yanaşı, diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı hər iki tərəf "Bir kəmər və bir yol" təşəbbüsünün birgə inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) tikintisinin təşviqi ilə bağlı bir sıra razılaşmalar əldə edib.
"Çin Azərbaycanla və bu marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır ki, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və yük daşımalarının səmərəliliyini daim artırsın. Eyni zamanda, ölkə Çin və Avropa arasında Xəzər dənizi vasitəsilə təhlükəsiz və sabit birbaşa ekspress-marşrutun birgə qurulması istiqamətində əməkdaşlığa hazırdır", - diplomat bildirib.
Səfir xatırladıb ki, 2023-cü ilin oktyabrında Çin sədri Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində təşəbbüsün həyata keçirilməsini dəstəkləyən 8 addımı açıqlayıb: "Buraya "Çin-Avropa" marşrutu üzrə yük qatarlarının inkişafı və Orta Dəhlizin inşasına qoşulmaq daxildir.
Çin tərəfinin irəli sürdüyü təşəbbüslər Azərbaycanın öz nəqliyyat potensialını üzə çıxarmaq üçün Orta Dəhlizdən istifadə etməklə bağlı inkişaf strategiyasına uyğundur və ölkə tərəfindən müsbət qarşılanıb".
Onun sözlərinə görə, 2024-cü ildə ümumilikdə 369 qatar hərəkət edib: "Bu göstərici isə illik hesablamada 36 dəfədən çox artıb".
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












