Orta Dəhlizin potensialının tam üzə çıxarılması üçün sərmayə qoyuluşu vacibdir - Baş katib

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, TBNM) potensialının tam üzə çıxarılması üçün “yumşaq” infrastruktura sərmayə qoyuluşu vacibdir.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Report”a Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto deyib.
“Marşrut boyunca yerləşən ölkələr yol şəbəkəsinin inkişafına fəal şəkildə sərmayə qoymağa davam edir. Avtomobil nəqliyyatı sahəsində keyfiyyətli yolun hər yeni kilometri qiymətləndirilir”, - o bildirib.
Baş katibin sözlərinə görə, həddindən artıq yüklənmələr və bürokratik prosedurlar sərhədlərdə gecikmələrə səbəb olarsa, hətta ideal yollar belə daşımaların və ticarətin lazımi dərəcədə səmərəliliyini təmin etməyəcək.
“Orta Dəhlizin potensialının tam üzə çıxarılması üçün təkcə fiziki infrastruktura deyil, həm də prosedurların, əlaqəli xidmətlərin və rəqəmsal alətlərin modernləşdirilməsinə sərmayə qoymaq vacibdir. Bu, sərhəd keçidlərində artan yük axınının öhdəsindən gəlməyə kömək edəcək. Əsas istiqamət proseslərin rəqəmsallaşdırılması olmalıdır. Bu, ticarət və tranzit əməliyyatlarını sürətləndirərək marşrutun rəqabət qabiliyyətini artıracaq”, - U. Pretto qeyd edib.
O vurğulayıb ki, IRU Azərbaycanın nəqliyyat sahəsində rəqəmsal həllərin tətbiqi ilə bağlı təşəbbüsünü fəal şəkildə dəstəkləyir.
“Orta Dəhlizlə yükdaşımaların həcmi sürətlə artır. Lakin Bakıda keçirilən COP29-da qəbul edilmiş birgə kommünikedə qeyd edildiyi kimi, fiziki infrastrukturun inkişafı ilə yanaşı, rəqəmsal qarşılıqlı əlaqəlilik xüsusi rol oynayır. Məhz o, logistikanı optimallaşdırmağa və dəhlizin ötürmə qabiliyyətini artırmağa imkan verir. COP29-da “eTIR” və “e-CMR”ə tam keçidin zəruriliyi xüsusi olaraq vurğulanıb ki, bu da daşımaların səmərəliliyinin artmasına və karbon izinin azaldılmasına töhfə verəcək”, - baş katib əlavə edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












