Orta Dəhlizin potensialının üzə çıxarılması sərhədlərarası fintexin inkişafını sürətləndirəcək - ADB

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) potensialının üzə çıxarılması transsərhəd fintexin inkişafını stimullaşdıra, ticarət axınlarını artıra və iqtisadi inteqrasiyanı dərinləşdirə bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dəhlizin rəqəmsallaşdırılması üçün transsərhəd məlumat mübadiləsi və rəqəmsal infrastrukturun idarə edilməsi üzrə razılaşdırılmış sazişlər tələb olunur. Bu sazişlər vaxtlı-vaxtında əlaqələndirmə və sektorlararası yanaşma ilə dəstəklənməlidir. ADB qeyd edir ki, lisenziyaların qarşılıqlı tanınması mühüm rol oynayacaq və transsərhəd ticarət maliyyələşdirilməsi və açıq bankçılıq sahəsində "mBridge" və "Aperta" layihələri çərçivəsində tətbiq olunan yanaşmalarla əlaqələndirilə bilər. Hər iki layihə Gürcüstanın iştirakı ilə həyata keçirilir.
Bank hesab edir ki, TBNM ölkələri - Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyə arasında fintex əsaslı regional əməkdaşlıq CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı) çərçivəsində daha geniş kontekstdə maliyyə infrastrukturunun yeni elementi ola bilər.
"Orta Dəhliz konsepsiyası zamanla regiondakı digər ölkələr üçün cəlbedici fintex təklifinə çevrilə bilər. Orta Dəhliz boyunca fintex əsaslı regional əməkdaşlıq potensialı hətta sərhədlərarası fintex əməkdaşlığının real nəticələrinə şübhə ilə yanaşan dövlətlər üçün belə maraqlı ola bilər", - hesabatda qeyd olunur.
Bankın qiymətləndirmələrinə görə, Orta Dəhlizin yol xəritəsi çərçivəsində fintex əsaslı amillərin və tədbirlərin müəyyənləşdirilməsi sərhədlərarası tənzimləyici "sandbox"un yaradılması, cəlb edilmiş regional tənzimləyicilərin dairəsinin genişləndirilməsi və müvafiq regional forumlar vasitəsilə açıq bankçılığın ümumi prinsiplərinin təşviqi üçün başlanğıc nöqtəsi ola bilər.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












