Orta Dəhlizin strateji rolu önəmlidir - Cevdet Yılmaz

Orta Dəhlizin strateji rolu önəmlidir, Türkiyə geostrateji üstünlüklərə malik ölkə olaraq, ticarət yollarının genişləndirilməsinə diqqət yetirir ki, bunlardan biri də Orta Dəhlizdir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada xarici jurnalistlər üçün investisiya mühitinə həsr olunmuş mətbuat konfransında danışıb.
C. Yılmaz Nazirlər Kabinetinin Türkiyənin rəqabət qabiliyyətini artırmaq və investisiya mühitini gücləndirmək üçün gördüyü tədbirlərdən də bəhs edib.
Onun sözlərinə görə, bu addımlar qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik fonunda xüsusilə vacibdir. "Bir çox bölgədə geosiyasi gərginlik artır və İran ətrafında eskalasiya riski onsuz da kövrək olan vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar enerji bazarlarına, ticarət yollarına və qlobal maliyyəyə birbaşa təsir göstərir. Bu mühitdə sabitlik, proqnozlaşdırma və istehsal gücü qlobal investisiyaların istiqamətini müəyyən edən həlledici amillərə çevrilir", - Türkiyənin vitse-prezidenti bildirib. O, Ankaranın regiondakı böhranların iqtisadiyyata potensial təsirini azaltmaq və bazarların etibarlı fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirləri gördüyünə əminliyini ifadə edib.
C.Yılmaz vurğulayıb ki, Türkiyə makroiqtisadi sabitliyi və davamlı artım trayektoriyasını qoruyub saxlayır. "Müasir Türkiyə investisiya və sənaye fəaliyyəti üçün sabit, proqnozlaşdırılabilən və etibarlı tərəfdaş kimi seçilir. Ölkəmiz rəqabətli və inkişaf etmiş ekosistem təklif edir. İnvestorlar İstanbul Maliyyə Mərkəzi çərçivəsində əhəmiyyətli vergi güzəştlərindən istifadə edirlər", - o diqqətə çatdırıb.
Bu tədbirlərə əlavə olaraq, Türkiyə startapları dəstəkləmək üçün bir sıra qaydalar tətbiq edəcək. Siyasətçi çıxışının sonunda bildirib: "Startapları və risk kapitalını daha cəlbedici etməklə, rəqəmsal tətbiq vasitəsilə biznes qeydiyyatı və idarəetmə proseslərinin çevikliyini eyni vaxtda sürətləndirəcək və artıracağıq".
Öz növbəsində, maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek təqdimatla çıxış edərək Türkiyədən keçən ticarət dəhlizlərinin xəritəsini göstərib və Orta Dəhlizin Asiya və Avropa arasında malların daşınması üçün ən qısa və ən sərfəli marşrut olduğunu bildirib.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










