Orta Dəhlizlə daşımaların həcminin 11 milyon tona çatdırılması planlaşdırılır

Qazaxıstan özünü Avrasiyanın ürəyi – Asiya ilə Avropanı birləşdirən Yeni İpək Yolunun qovşağı kimi görür.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Roman Vasilenko Astana Beynəlxalq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib: “Bu marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq şəraitində biz onu daha da inkişaf etdirmək və Orta Dəhlizin Asiya ilə Avropa arasında yük daşıyan şirkətlər üçün cəlbediciliyini artırmaq istiqamətində səylər göstəririk”.
Onun sözlərinə görə, hazırda Asiyadan Avropaya quru yolu ilə daşınan yüklərin 85 faizi Qazaxıstanın payına düşür. Ötən il Orta Dəhliz üzrə daşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb.
“Lakin bu, son hədd deyil: 2029-cu ilə qədər bu rəqəmin 10-11 milyon tona çatdırılması planlaşdırılır. Artım həm Qazaxıstan, həm də digər ölkələrin investisiyaları sayəsində mümkün olacaq”, -deyə nazir müavini əlavə edib. O qeyd edib ki, Qazaxıstan da Şimal-Cənub istiqamətində nəqliyyat marşrutlarının inkişaf etdirilməsində maraqlıdır. “Bu yaxınlarda Qazaxıstanın Əfqanıstanda dəmir yolu hissəsinin tikintisinə dair razılıq əldə olunub. Nəqliyyat infrastrukturunun bütün istiqamətlərdə inkişafı mühüm vəzifədir. Avrasiyanın tam mərkəzində yerləşən Qazaxıstan həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətlərində nəqliyyat dəhlizlərini inkişaf etdirmək potensialına malikdir”, -deyə o vurğulayıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












