"Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək"

Çin Azərbaycan ərazisi ilə Avropaya yeni yükdaşıma xətti çərçivəsində ilk qatarı göndərib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qatar ümumi dəyəri 15 milyon yuandan çox (təxminən 2,093 milyon ABŞ dolları) olan avtomobil ehtiyat hissələri və mexaniki avadanlıqlarla yüklənmiş 104 standart konteynerdən ibarətdir.
Məlumata görə, qatar ötən gün Pekinin Fanşan rayonundakı stansiyadan yola düşüb.
Bildirilib ki, qatar Sincan-Uyğur Muxtar Rayonundakı Xorqos keçid məntəqəsindən keçərək Qazaxıstanın Aktau Xəzər limanına gedəcək. Daha sonra yüklər dəniz yolu ilə Ələt limanına, oradan isə dəmir yolu ilə Bakıya çatdırılacaq.
Marşrut "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçirilir. Ümumi yol uzunluğu 8 000 km-dən çoxdur və çatdırılma müddəti təxminən 15 gün təşkil edəcək. Bakıya çatdıqdan sonra konteynerlerin bir hissəsi Gürcüstan, Türkiyə, Serbiya və regionun digər ölkələrinə yönləndiriləcək.
Fanşan Beynəlxalq Quru Limanı İdarəetmə Şirkətinin baş direktoru Van Çuanmenin sözlərinə görə, marşrut Çin - Avropa qlobal nəqliyyat şəbəkəsinin cənub qolu olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) tərkibinə daxildir.
"Multimodal prinsipin istifadəsi ənənəvi dəniz logistikası ilə müqayisədə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və Xəzər regionu, Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələri, həmçinin Mərkəzi, Şərqi və Qərbi Avropa daxil olmaqla əhatə coğrafiyasını genişləndirməyə imkan verir", - o vurğulayıb.
Çin Dövlət Dəmir Yolu Korporasiyasından bildirilib ki, yeni marşrutun açılması Pekin və ətraf regionların müəssisələri üçün rahat və səmərəli logistika kanalı yaradır. Bu, logistika xərclərini azaltmağa, ixrac potensialını artırmağa və Çinin Azərbaycan və regionun digər ölkələri ilə ticari-iqtisadi əlaqələrini gücləndirməyə imkan verəcək.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












