Ötən il Goranboyda 34 kilometr yol istifadəyə verilib

Respublikamızda rayon mərkəzləri ilə kəndlərin nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, bölgələrdə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını təmin etmək məqsədilə həyata keçirilən yol infrastrukturu layihələri davam edir.
Həyata keçirilən layihələrin davamı olaraq, Goranboy rayonunda Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi də uğurla davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən Azərtac-ın bölgə müxbirinə məlumat verilib ki, ötən il Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpoutun 14, Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun isə 20 kilometri istifadəyə verilib.
Bildirilib ki, 27 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının istismara verilməsi ilə rayon mərkəzi ilə kəndlərin nəqliyyat əlaqəsi intensivləşib, yaşayış məntəqələrində əhalinin məşğuliyyətinin əsasını təşkil edən kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaranıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












